Ağcabədi rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, aprelin 14-ü saat 22 radələrində Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində rayon sakini Ə.Süleymanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Elnur Quliyevi vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Pepperoni pizza
Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.
Telegram kanalımız