Ağdam Cümə məscidində şəhidlərin ruhuna dualar oxunub

saytların hazırlanması

Evə çatdırılma

Ağdam Cümə məscidində şəhidlərin ruhuna dualar oxunub

Maraqlı

27 Sentyabr 2021 10:36 563


27 Sentyabr - Anım Günü ilə əlaqədar Ağdam Cümə məscidində mərasim keçirilib.

Yenisabah.az-ın məlumatına görə, öncə şəhidlərin xatirəsi sükutla yad edilib. Daha sonra şəhidlərin ruhuna dualar oxunub.

Bərdə və Ağdamdan olan din xadimlərinin iştirakı ilə namaz qılınıb və ayələr oxunub.  pizza sifarişi

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən Müharibəsində qəhrəmancasına döyüşən Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Respublikamızda Anım Günü kimi qeyd olunur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!