Ağdamda 1993-cü ildə öldürülərən insanların sümükləri aşkarlanıb

Ağdamda 1993-cü ildə öldürülərən insanların sümükləri aşkarlanıb

Sosial

23 Noyabr 2022 17:40 458


Ağdamda 1993-cü ildə öldürülərən insanlara aid 15 ədəd sümük aşkarlanıb.

Yenisabash.az Report-a istinadla xəbər verir ki, bu barədə rayon prokurorluğu məlumat yayıb.

24 iyul 1993-cü ildə bir neçə Azərbaycan vətəndaşının Ağdam rayonu Sarıcalı kəndi ərazisində Ermənistan hərbi birləşmələri tərəfindən odlu silahdan açılan atəşlə öldürülmələri və həmin ərazidə basdırılmaları barədə rayon prokurorluğuna daxil olmuş müraciət üzrə araşdırma başlanılıb.

Araşdırma ilə əlaqədar olaraq prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə noyabrın 22-də rayonun Sarıcalı kəndindən keçən Ağcabədi-Ağdam yolunun sağ və sol tərəflərində xüsusi texniki vasitələrdən istifadə edilməklə qazıntı işləri aparılıb.

Qazıntılar zamanı qeyd edilən ərazidən insana aid olması ehtimal edilən 15 ədəd sümük aşkar edilərək ekspertiza aparılması məqsədilə müvafiq qaydada qablaşdırılaraq götürülüb.

Hazırda araşdırma davam edir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!