Ağdamda güclü yanğın - Ağdərəyə də yayılır - Video

saytların hazırlanması

Evə çatdırılma

Ağdamda güclü yanğın - Ağdərəyə də yayılır - Video

Hadisə

22 İyul 2025 22:36 659


Ağdam və Ağdərə rayonlarında geniş ərazilərdə  yanğın baş verib.

Yenisabah.az xəbər verir ki, Ağdamın Əlağalı, Qaralar, Qazançı kəndlərində başlayan  yanğın Ağdərənin Sırxavənd kəndinə qədər yayılıb.

Kol bitkiləri və quru ot örtüyünün yanması nəticəsində alov daha da geniş ərazilərə yayılır. Dominos pizza

Hazırda yanğının söndürülməsi üçün FHN-nin Ağdamdan 2 yanğınsöndürən maşın və işçi qüvvələri və ətraf rayonların Xocalı və Ağdərə rayonundan hər birindən 1 maşın və işçi qüvvə cəlb olunub.

Ərazinin dağ relyefi olduğu üçün ümumilikdə 50 nəfər şəxsi heyyət xüsusi vasitələrlə yanğının meşə ərazisinə keçməsinin qarşısını almağa çalışırlar. Hazırda yanğın davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!