Ağdamın işğalından 27 il ötür

saytların hazırlanması

Evə çatdırılma

Ağdamın işğalından 27 il ötür

Sosial

23 İyul 2020 08:11 1465


Bu gün Ermənistan silahlı qüvvələri Azərbaycanın Ağdam rayonunu işğal ettməsindən 27 il keçir. 

“Yeni Sabah” xəbər verir ki, işğal nəticəsində Ağdamın rayon mərkəzi ilə birlikdə 90 kəndi, 38 kolxozu, 12 sənaye mərkəzi, 74 məktəbi, 271 mədəniyyət evi, 67 idarəsi, 99 klubu, bu ərazidə Azərbaycan xalqına məxsus tarixi, din və mədəniyyət abidələri, o cümlədən məscidlər, düşmən əlinə keçdi. 128 min insan məcburi köçkünə çevrildi. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq vətəndaşımız şəhid oldu.

29 iyul 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən Ağdamın və ondan əvvəl işğal olunmuş digər Azərbaycan rayonlarının azad edilməsini nəzərdə tutan 853 saylı qətnamənin qəbul edilməsinə baxmayaraq, Ağdam rayonu, işğal olunmuş digər Azərbaycan əraziləri kimi, hələ də erməni tacavüzkarlarının tapdağı altındadır. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!