Ağdərənin dörd kəndinə daha 63 ailə yola salındı

saytların hazırlanması

Evə çatdırılma

Ağdərənin dörd kəndinə daha 63 ailə yola salındı

Sosial

23 Fevral 2026 11:43 315


Ağdərə rayonunun Aşağı Oratağ, Çıldıran, Çapar və Heyvalı kəndlərinə ümumilikdə daha 63 ailə yola salınıb.

"Yeni Sabah" xəbər verir ki, köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Aşağı Oratağa 29 (141 nəfər), Çıldırana 10 (46 nəfər), Çapara 7 (22 nəfər) və Heyvalıya 17 ailə (84 nəfər) köçürülüb. pizza

Bu köç də daxil olmaqla Ağdərə rayonunun 9 kəndinə 787 ailənin (3 min 11 nəfər) daimi qayıdışı təmin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!