Ağır cinayətlərdə ittiham olunurdu, azad edildi – Nazir qardaşı

saytların hazırlanması

Evə çatdırılma

Ağır cinayətlərdə ittiham olunurdu, azad edildi – Nazir qardaşı

Kriminal

18 Mart 2019 16:41 1061


Bakı Ağır Cunayətlər Məhkəməsində Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Prosesdə Əvəz Əhmədov son söz deyib. O, məhkəmənin ədalətli qərar çıxaracağına inandığını bildirib. Məhkəmə müşavirəyə yollanıb. Müşavirdədən sonra hökm elan olunub.

Hökmə əsasən, Əvəz Əhmədov barəsində 2 min manat cərimə cəzası təyin edilib. Onun cinayət əməli Cinayət Məcəlləsinin 322-ci maddəsinə tövsif olunub və məhkəmə zalından azadlığa buraxılıb. Sezar pizza

Qeyd edək ki, dövlət ittihamçısı Ə.Əhmədovun 12 il azadlıqdan məhrum edilməsini istəmişdi. Sabiq nazirin qardaşı Əvəz Əhmədov hədə qorxu ilə pul tələb etmədə təqsirləndirilirdi.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!