Ağır qəzada ölən şəxs polis əməkdaşı imiş -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Ağır qəzada ölən şəxs polis əməkdaşı imiş - FOTO

Hadisə

29 Oktyabr 2025 16:03 686


Bərdə rayonunda baş verən ağır yol qəzasında ölən Əliyev Səyyaf Elnur oğlu polis əməkdaşıdır.

Bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.

S.Əliyev Ağcabədi rayonunun Şərəfxanlı kəndində anadan olub. O, Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. Polis leytenantı S.Əliyev Ağcabədi Rayon Polis Şöbəsində işləyirdi. pizza sifarişi

Xatırladaq ki, oktyabrın 28-də Bərdənin Mehdili kəndində iki avtomobilin toqquşması nəticəsində ağır yol qəzası baş verib. Hadisə zamanı üç nəfər - Əliyev Səyyaf Elnur oğlu, Əliyev Röyal Ələddin oğlu və Əliyev Ələddin Alı oğlu ölüb, bir azyaşlı isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!