Ağızdan sarımsaq və pis qoxunun aparmağın üsulları

saytların hazırlanması

Evə çatdırılma

Ağızdan sarımsaq və pis qoxunun aparmağın üsulları

Sağlamlıq

08 Yanvar 2021 08:24 1072


Ağız qoxusu başqaları ilə ünsiyyətə mane və narahatlığa səbəb olur.

Ağız qoxusu bir çox qidalarla yanaşı bəzi xəstəliklər səbəbilə də yarana bilər. Lakin bəzi məhsullar qoxusu ilə seçilir.

Sarımsaq yedikdən dərhal sonra ağzınızı yuyun. Sonra təzə alma, ispanaq, cəfəri və ya reyhan çeynəyin. Dilin üzərində qara ərp yaransa dişlərinizi fırçalamalısınız. Başqa seçim qoz-fındıq yeməkdir. Badam, qoz və ya fıstıq yaxşıdır. Ağzınıza bir neçə qoz ləpəsi qoyun və yavaş-yavaş çeynəyin. Sezar pizza

Alkoqollu içkidən sonra da ağızda pis qoxu əmələ gəlir. Aromatik ədviyyatlar bu qoxuları aradan qaldırmağa kömək edəcək. Bunların arasında dəfnə yarpağı və darçın təsirlidir. Əgər bunlar olmasa mentol və ya nanə saqqızı istifadə edin.

Siqaret çəkmək həmçinin ağızda quruluq yaradır, ağız qoxusuna və diş əti xəstəliklərinə səbəb olur. Başqalarını siqaret qoxusu ilə qorxutmamaq üçün, təzə yerkökü və ya sərt alma yeyin. Həm də tütün ətri paltarlara tez hopduğu üçün paltarlarınızı dəyişdirməyi unutmayın.

Ağzınızdan qoxu gəlməsini istəmirsinizsə, pendir və darçından istifadə edin. Bu həm ağız qoxusunun aradan qalxmasına kömək edir. Bununla yanaşı, yeməklərinizdə və içkilərinizdə darçın istifadə edin. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!