Ağsaqqallar Şurasının sədri: “Hüseynbala Mirələmovun yerinə xəcalət çəkirəm”

saytların hazırlanması

Evə çatdırılma

Ağsaqqallar Şurasının sədri: “Hüseynbala Mirələmovun yerinə xəcalət çəkirəm”

Maraqlı

22 Aprel 2021 15:54 1826


Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, sabiq deputat Hüseynbala Mirələmovla bağlı internetdə yayılan qeyri-etik video barədə müzakirələr bitmir.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkələrdəki müzakirələrdə 76 yaşlı sabiq deputatın ağsaqqal adına yaraşmayan əməli - xanım köməkçisinə qarşı qeyri-əxlaqi hərəkəti qınanılır.

Hüseynbala Mirələmovu qınayanlar eyni zamanda, Azərbaycan Ağsaqqallar Şurasından da hadisəyə susqun qalmaqda narazılıq edirlər. Toyuqlu pizza

Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev Modern.az-a açıqlamasında məsələyə sərt münasibət bildirib.

Eldar Quliyev deyib ki, belə bir hadisə həqiqətən baş veribsə, Hüseynbala Mirələmovun yerinə xəcalət çəkir:

“Sosial şəbəkədə görüntüləri gördüm, amma nə qədər düzgündür və ya yanlışdır deyə bilmərəm. Bunu araşdırmaq, daha sonra bu barədə fikir irəli sürmək lazımdır.

Bilirsiz ki, bu dövrdə texnikanın inkişafı ilə çox hadisələr etmək olar. Videonu görəndə hansısa montaj olduğunu hiss etmədim. Yenə də araşdırmaq mütləqdir. Hüseynbala müəllimlə işlədiyimiz müddətdə mən onun heç zaman belə bir hadisələr etməsilə qarşılaşmamışam. Özü də ziyalı, alim adamdır. Əgər belə bir hadisə həqiqətən baş veribsə, mən onun yerinə utanıb xəcalət çəkirəm. Çünki belə bir yaşda bu cür hərəkət etməsi düzgün olmaz.

Hadisənin düzgünlüyü təsdiqlənsə, bu barədə Ağsaqqallar Şurası tərəfindən də ciddi tədbirlər görüləcək. Texnika o qədər inkişaf edib ki, insan nəyin doğru, nəyin yanlış olduğunu da bilmir.

Hüseynbala Mirələmovla əlaqə saxlamamışam. Yəqin ki, bu hadisə həqiqət olsa da deyəcək “mən elə bir şey etməmişəm”. Gözləyək, araşdırılsın, həqiqət sübuta çıxarılsın daha sonra nəticəyə uyğun tədbir görülər”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!