Ağstafada yol nəqliyyat hadisəsi baş verib.
Yenisabah.az APA-ya istinadla xəbər verir ki, hadisə Muğanlı kəndində yerləşən sərt döngədə qeydə alınıb.
1993-cü il təvəllüdlü Aqil Qasımov idarə etdiyi “KAMaz” markalı avtomobil (kran) ilə hərəkətdə olan zaman avtomobil idarəetmədən çıxaraq aşıb. Dominos pizza
Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar sürücü, onun sərnişinləri 1998-ci il təvəllüdlü Eltun Yusibov və 1988-ci il təvəllüdlü Elvin Yusibovdur.
Sürücünün vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız