Bakı-Qazax yolunda raket tapıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Bakı-Qazax yolunda raket tapıldı - Foto

Hadisə

19 Fevral 2020 15:20 561


Bu gün saat 09:47-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağstafa rayonu, Bakı-Qazax yolunun Qarabağ məhəlləsində yolun kənarında mərminin tapılması barədə məlumat daxil olub. Məlumata əsasən, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Ağstafa rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının (103 xidməti) əməkdaşları dərhal həmin əraziyə göndərilib. Qurumdan "Yeni Sabah"-a verilən xəbərə görə, Agentliyin mütəxəssisləri Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə əraziyə baxış keçirib. Təhlükəsizliyi təmin etmək məqsədilə polis əməkdaşları ərazini mühasirəyə alıb. Agentliyin mütəxəssislərinin apardığı təcili-təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 122 mm-lik 9M22U raketi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Raketin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb. https://cdn.yenisabah.az/files/top1.jpg
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!