Ahıl adamları aldadan dələduz qadın saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Ahıl adamları aldadan dələduz qadın saxlanıldı

Kriminal

10 İyul 2024 17:30 1389


Ahıl və tənha vətəndaşlara qarşı dələduzluğa cəlb edilən daha bir kuryer saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, yaxın qohumlarının xəstə, müalicəsinə təcili pul lazım olması adı ilə vətəndaşlara, xüsusən yaşlı nəslin nümayəndələrinə xaricdən ev telefonları vasitəsi ilə zənglərin edilməsi və onların pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə qeyd edilən qanunsuz əməllərin daha bir iştirakçısı - paytaxt sakini Viktoriya Rzayeva saxlanılıb. Pepperoni pizza

O, “Telegram” sosial şəbəkəsində əlaqə qurduğu xarici ölkələrdə yaşayan naməlum şəxslərin onu yönləndirdiyi ünvanlara yollanaraq onlara yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildirib və yardım göstərilməsi üçün pul tələb edib.

V.Rzayeva 38.700, 6.400 və 10.050 manat olmaqla ümumilikdə 3 vətəndaşa 55.150 manat maddi ziyan vurub. Saxlanılan şəxs pul vəsaitlərini zərərçəkənlərdən alandan sonra “Telegram”da əlaqə qurduğu şəxslərin kriptovalyuta hesablarına köçürüb. V.Rzayeva bu qanunsuz əməllərin qarşılığında əldə etdiyi məbləğin bir qismini özünə götürüb.

Paytaxt ərazisində polis əməkdaşları tərəfindən bir müddət əvvəl həyata keçirilən tədbirlərlə “Telegram” sosial şəbəkəsində əlaqə yaratdıqları naməlum şəxslərin sifarişi ilə analoji əməllərin törədilməsində kuryer qismində iştirak edən daha 14 nəfər saxlanılıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!