Avropa İttifaqı Rusiyadan Macarıstan, Slovakiya və Çexiyaya neft tədarükünə embarqonun tətbiqini 2024-cü ilə qədər təxirə salmağı təklif edib.
Yenisabah.az "Bloomberg"ə istinadla verir ki, təklifə əsasən, Çexiya 2024-cü ilin iyun ayına qədər, Macarıstan və Slovakiya isə həmin ilin sonuna qədər Rusiya neftini idxal edə biləcək. Bütün digər Aİ-yə üzv ölkələr, ilkin təklif olunduğu kimi, bu ilin sonuna qədər Rusiyadan neft idxalını dayandıracaqlar.
Avrokomissiya Aİ ölkələrinə 6 ay ərzində Rusiya xam neftinin idxalından, 2023-cü ildə isə neft məhsullarının idxalından imtina etməyi təklif edib. Tanker və boru kəməri neftindən imtina üçün müxtəlif şərtlər də gözlənilir. Marqarita pizza
Telegram kanalımız