“Aİ Cənubi Qafqazda sülh və təhlükəsizliyin gücləndirilməsində maraqlıdır” - Toivo Klaar

saytların hazırlanması

Evə çatdırılma

“Aİ Cənubi Qafqazda sülh və təhlükəsizliyin gücləndirilməsində maraqlıdır” - Toivo Klaar

Siyasət

28 Noyabr 2020 16:06 910


Avropa İttifaqı (Aİ) bütün Cənubi Qafqaz bölgəsinin təhlükəsizliyinin təmin edilməsinə qətiyyətlə sadiqdir.

Yenisabah.az xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi mümayəndəsi Toivo Klaar Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Qriqol Liluaşvili ilə görüşdən sonra bildirib.

O qeyd edib ki, tərəflər görüş zamanı regional təhlükəsizlik məsələlərini müzakirə ediblər: Marqarita pizza

“Biz bütün regionda sülhün və təhlükəsizliyin inkişaf etdirilməsində maraqlıyıq və bunun iştirakçısıyıq. Mən ümid edirəm ki, Avropa İttifaqının bütün Cənubi Qafqaz regionunun təhlükəsizliyinin gücləndirilməsinə qətiyyətlə sadiq olduğunu nümayiş etdirə bilmişəm”.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!