Avqustun 2-də Qafanda Aİ-nin Ermənistandakı Müşahidə Missiyasının funksional mərkəzi açılıb.
Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, Aİ-nin Ermənistandakı missiyasının rəhbəri Markus Ritter bu mərkəzin açılışının sülh gətirəcəyinə ümid etdiyini bildirib:
“Planımıza görə, Ermənistanda 6 əməliyyat bazasına malik olmaq niyyətindəyik və praktiki olaraq bunu həyata keçirməyə yaxınıq. İşə başlayanda cəmi iki daimi işçimiz var idi. Artıq 90 işçimiz var. Daimi iş mərkəzlərimiz Martuni, Gorus və Cermukda yerləşir. Toyuqlu pizza
Bu gün Qafanda mərkəz açırıq, ondan sonra İcevan və Yeqnadzorda onları açmaq niyyətindəyik. Qafandakı mərkəz hərbi baxımdan çox önəmlidir, vəziyyətlə daha yaxından tanış olmağa, hesabatlar hazırlamağa imkan verəcək. Bu həm də müşahidəçilərimizə nəqliyyatın hərəkət yolunu qısaltmağa imkan verəcək. Ümid edirəm ki, burada olmağımız sülh prosesinə töhfə verəcək”.
Öz növbəsində, Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbərinin müavini Yan Beşinqer deyib: “Biz başa düşürük ki, burada vəziyyət asan deyil və bu mərkəzin açılması bizə vəziyyəti müşahidə etmək bölgəyə sabitlik, təhlükəsizlik və sülh gətirməkdə kömək edəcək".
Telegram kanalımız