Aİ Ukraynaya 600 milyon avro ayrılmasını təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

Aİ Ukraynaya 600 milyon avro ayrılmasını təsdiqlədi

Siyasət

11 May 2022 01:20 161


Avropa İttifaqı (Aİ) təcili və təxirəsalınmaz maliyyə ehtiyaclarının həlli üçün Ukraynaya 600 milyon avro məbləğində vəsaitin ayrılmasını təsdiqləyib.

Yenisabah.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi adlarının açıqlanmasını istəməyən Aİ nümayəndələrinə istinadən məlumat yayıb.

Rəsmilərdən biri deyib ki, Avropa Komissiyasının (AK) prosesi başa çatdıracağı və vəsaitin yaxın günlərdə köçürülə biləcəyi gözlənilir. Dominos pizza

Qeyd edək ki, bu vəsait ilin əvvəlində Aİ-nin qəbul etdiyi 1,2 milyard avroluq təcili yardım paketinin bir hissəsidir. Buna qədər martın 11-də AK Ukraynaya 300 milyon avro ödəmişdi.Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!