"Üzeyir Mehdizadəni vururdu, amma indi onu dünyada tanıyırlar. Xalq artistləri, siz Biləcəridən o tərəfə tanınmırsınız. Axı sizin sənətiniz böyükdür, əla oxuyansınız, niyə sizi tanıyan yoxdur? Niyə Üzeyiri tanıyanlar, sevənlər var. Deyirdiniz, mən onun mahnısına qulaq asa bilmərəm. Gedin dünya ulduzları ilə duet edin, əlinizi cibinizə atın, Azərbaycandan kənara çıxın. Bir Aygün Kazımova və Röya Ayxan edib. 1997-ci ildə hit oxuyub, Xalq artisti olub".
Yenisabah.az axşam.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov "MTV maqazin"ə açıqlamasında deyib.
O, ad çəkmədən Xalq artistini tənqid edib. Pepperoni pizza
Kərim bildirib ki, şou-biznesdə heç kimlə dostluq etmir.
İfaçı kişi xəyanətindən danışıb. O bildirib ki, qadın bağışlamağı bacarmalıdır. Kərim xəyanətə görə ailə dağıdan qadınları təhqir edib:
"Kişi edib, qadın bağışlamalıdır. Kişi istədiyinə çatır, sonranı düşünmür. Kişini bağışlamaq olar: yaxşı kişidirsə, ailəsinə baxırsa... Bir xətadır edib.
Kişi gedib ikinci dəfə evlənəcək, ay yazıq qadın, sən nə edəcəksən? Gedib boşanacaqsan, uşaqla qalacaqsan evin bir küçündə. Bəlkə ərə gedəcəksən, o da bilinmir, uşaqla kimdir səni alan? Ya da aliment alacaqsan, oturacaqsan evdə tək. Boşandın, bitdi. Sevirsənsə, qəbul edib oturacaqsan. Boşananların 99 faizi peşmandır. Oturur evdə, ailə yox, bir uşaq, ərə gedə bilmir, saxlayanı yoxdur, dincələ bilmir. Nə xanım kimi xanımdır, nə nökər kimi nökərdir. Ər yoxdursa, işləməlidir. Bütün yük qadının üstündədir. Bağışla getsin, buna görə ailə dağıdarlar?
Mən də nəsə etsəm, evdə bilsələr, ailəm dağılar. Yol vermərəm, onu yola gətirə bilərəm. Amma bir dəfə, ikinci dəfə etsəm, deyəcək get".
Telegram kanalımız