Ailəsində faciə baş verən Gülyaz və Gülyanaq bacılarının konserti təxirə salınacaq? 

saytların hazırlanması

Evə çatdırılma

Ailəsində faciə baş verən Gülyaz və Gülyanaq bacılarının konserti təxirə salınacaq? 

Şou

30 Sentyabr 2019 09:33 1580


Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların ailəsində baş verən bədbəxt hadisə onların oktyabr ayına nəzərdə tutulan solo konsertinə heç bir təsir etməyəcək.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Lent.az-a Xalq artisti Gülynaq Məmmədova məlumat verib. O bildirib ki, bacılarının həyat yoldaşının vəfatı onların ailəsini dərindən kədərləndirib, lakin bu tədbirin vaxtı, məkanı daha öncədən müəyyənləşdirildiyindən və tamaşaçılara elan olunduğundan konsert proqramı təxirə salınmayacaq:

“Atalarımız deyib ki, xeyir və şər qardaşdır. Biz sənətçilərin isə bir gözümüz ağlayanda bir gözümüz daim gülüb, çünki bizim şəxsi problemlərimizin, dərdlərimizin tamaşaçıya heç bir aidiyyatı yoxdur. Biz bunu səhnəyə yansıtmalı deyilik”. Pepperoni pizza

Qeyd edək ki, konsert oktyabrın 30-da Heydər Əliyev Sarayında keçiriləcək. “İki qəlbin nəğməsi” adlı konsert proqramı saat 19:00-da başlayacaq.

Xatırladaq ki Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların bacısının həyat yoldaşı Mövsüm Məmmədkərimov sentyabr ayının 24-də Yevlax rayonunda baş verən avtomobil qəzasında həyatını itirib. Hadisə zamanı yaralanan Əli və Mahal Məmmədkərimovlar isə Mövsüm Məmmədkərimovun övladlarıdır. Gülyanaq Məmmədova onu da əlavə edib ki, hadisə zamanı xəsarət alan şəxslərin vəziyyəti hazırda yaxşıdır və onların müalicəsi davam etdirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!