Air Astana 20 aprel 2025-ci il tarixindən etibarən yeni Almatı-Mumbay reysinin açılışı ilə Qazaxıstandan Hindistana ilk uçuşun 20-ci ildönümünü qeyd edir.
2004-cü ildə Hindistan bazarına daxil olduqdan sonra aviaşirkət öz mövcudluğunu durmadan genişləndirdi və hal-hazırda Almatıdan Dehliyə həftədə 9 uçuş həyata keçirir. Yay aylarında isə reyslərin sayı ənənəvi olaraq artacaq.
Almatı-Mumbay marşrutu üzrə uçuşlar Airbus ailəsinə məxsus təyyarələrdə həftədə üç dəfə: bazar, çərşənbə və cümə axşamı günləri yerinə yetiriləcək. Dördpendirli pizza
İlk reys aprelin 20 saat 04:30-da Almatıdan yola düşəcək və yerli vaxtla saat 09:55-də Mumbaya çatacaq.
Mumbaydan geri dönüş reysi saat 11:00-da yola düşəcək və 14:45-də Almatıya çatacaq. Səyahət vaxtı Almatıdan 4 saat 50 dəqiqə, əks istiqamətdə isə 4 saat 20 dəqiqə olacaq.
Biletləri airastana.com saytından əldə etmək olar.
“Hindistanın dinamik inkişaf edən iqtisadiyyatı fonunda Air Astana böyük məmnuniyyətlə ticarət, maliyyə və sahibkarlıq mərkəzi olan Mumbay şəhərinə birbaşa uçuşlar təqdim edir.
Əminik ki, işgüzar səfərə yola düşənlər və turistlər Qazaxıstan və Hindistanın iki ən böyük ticarət mərkəzi arasındakı marşrutda təklif olunan yüksək xidmət səviyyəsini qiymətləndirəcəklər”, - deyə “Air Astana”nın baş icraçı direktoru Piter Foster bildirib.
Hindistanın qərb sahilində Ərəbistan dənizində yerləşən Mumbay mühüm maliyyə mərkəzi və Bollivudun dünya paytaxtıdır. Şəhər həmçinin Hindistan Qapısı, Elephanta Mağaraları və Kanheri Mağaraları da daxil olmaqla zəngin mədəni irsə və bir çox turistik yerlərə malikdir.
Telegram kanalımız