Akademik Milli Dram Teatrına direktor əvəzi təyin olundu 

saytların hazırlanması

Evə çatdırılma

Akademik Milli Dram Teatrına direktor əvəzi təyin olundu 

Mədəniyyət

01 May 2023 14:05 2571


Akademik Milli Dram Teatrına direktor əvəzi təyin olunub. 

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, teatrının direktorunun əmək funksiyalarının icrası İlham Əsgərova həvalə olunub. 

Qeyd edək ki, İlham Əsgərov 1997-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır.  pizza

O, 1998-2018-ci illərdə bədii quruluş hissə müdiri vəzifəsində, 2018-ci ildən isə teatrın yaradıcı işlər üzrə direktor müavini vəzifəsində çalışır. 

2013-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının, 2017-ci ildən isə Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 

2017-ci ildə Cəfər Cabbarlının Ev Muzeyi tərəfindən “Cəfər Cabbarlı” mükafatına, 2021-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən “Nizami Gəncəvi” medalına layiq görülüb. 

Xatırladaq ki, Akademik Milli Dram Teatrının bədii rəhbəri, direktoru və baş rejissoru Xalq artisti Azərpaşa Nemətov aprelin 9-da vəfat edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!