Türkiyənin müdafiə naziri Hulusi Akar Yunanıstanı Ankaraya qarşı təxribat xarakterli hərəkətləri davam etdirməkdə ittiham edib.
Yenisabah.az TRT-yə istinadla xəbər verir ki, bunun son nümunəsi Türkiyənin Yunanıstanda keçirilən "NATO Tiger Meet" təlimində iştirak etmək dəvətinin ləğv edilməsidir.
“Yunanıstan Türkiyənin mehriban qonşuluq, beynəlxalq münasibətlər və dialoqun inkişafı ilə bağlı mövqeyinə zidd olaraq Egey və Aralıq dənizlərində təxribat xarakterli hərəkətlərdə davam edir. Yunanıstan davamlı olaraq, o cümlədən beynəlxalq təlimlər zamanı ölkəmizə qarşı müəyyən təşəbbüslər irəli sürür”, - deyə nazir bildirib. pizza
“Biz "Tiger Meet" təlimlərində iştirakdan imtina etdik, ora getməyəcəyimizi dedilər. Bizə qarşı yönəlmiş təşəbbüslərin həyata keçirilməsinə icazə verməyəcəyimizi bildirmişik”, - deyə Akar əlavə edib.
"Tiger Meet" təliminin mayın 9-dan 20-dək Yunanıstanda keçirilməsi planlaşdırılır. Təlimdə Balıkesir şəhərində Hərbi Hava Qüvvələri Ali Komandanlığının bazasından "F-16" qırıcılarının iştirakı nəzərdə tutulub.
Telegram kanalımız