AKİ-də yeni gərginlik: “Saxta imzalarla bəyanat hazırlanıb”

saytların hazırlanması

Evə çatdırılma

AKİ-də yeni gərginlik: “Saxta imzalarla bəyanat hazırlanıb”

Mədəniyyət

22 İyul 2026 12:07 619


Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) bir qrup rəhbər şəxsi təşkilatda yaranmış vəziyyətlə bağlı bəyanat yayıb.

“Yeni Sabah” xəbər verir ki, bəyanatda AKİ-nin idarəçiliyində yaranmış vəziyyət və təşkilatın gələcək fəaliyyəti ciddi narahatlıq doğurduğu qeyd olunub. 

AKİ İdarə Heyətinin mayın 8-də elan olunan qərarı ilə Konfransın keçirilməsi yekdilliklə təsdiqlənsə də, həmin qərar icra olunmayıb. Bunun əvəzində İttifaqın 27 üzvünün iştirakı ilə saxta imzalar əsasında və həqiqəti əks etdirməyən bəyanat hazırlanıb: pizza

“Hazırkı mərhələdə İttifaqın səlahiyyətli sədrinin olmaması şəraitində təşkilatın bütün qərarları yalnız Nizamnamənin və “İctimai birliklər haqqında” Qanunun tələblərinə uyğun qəbul edilməlidir. Əks halda, qəbul edilən qərarların legitimliyi gələcəkdə hüquqi mübahisələrə səbəb ola və İttifaqın nüfuzuna ciddi zərər vura bilər.

Məhz buna görə də hesab edirik ki, vəziyyətdən yeganə hüquqi çıxış yolu İdarə Heyətinin təcili iclasının çağırılması, Konfransın tarixinin qanunvericiliyə uyğun qaydada təsdiq edilməsi və təşkilatın yeni rəhbərliyinin demokratik seçkilər yolu ilə müəyyənləşdirilməsidir.

Şəxsi münasibətlərdən və fərdi mövqelərdən asılı olmayaraq, bütün üzvləri Azərbaycan Kinematoqrafçılar İttifaqının hüquqi legitimliyini, nüfuzunu və gələcəyini üstün tutmağa çağırırıq.

İnanırıq ki, yalnız qanunun aliliyinə, Nizamnaməyə və şəffaf idarəetmə prinsiplərinə əsaslanan qərarlar təşkilatın normal fəaliyyətini bərpa edə və kino ictimaiyyətində yaranmış gərginliyi aradan qaldıra bilər”.

Bəyanatı AKİ-nin katibləri Həmidə Ömərova, Oleq Səfərəliyev, Nadir Bədəlov, Tahir Tahiroviç, Türkan Hüseyn və icraçı katib Əli İsa Cabbarov imzalayıblar.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!