Akif Çovdarov karantindən evə buraxıldı

saytların hazırlanması

Evə çatdırılma

Akif Çovdarov karantindən evə buraxıldı

Hadisə

21 Aprel 2020 19:50 1058


Bu gün əfv olunan şəxslər ailələrinə qovuşub.

Yenisabah.az xəbər verir ki, 176 nəfər iki həftəlik karantindən sonra bu gün evə buraxılıb.

Xatırladaq ki, Prezident İlham Əliyev aprelin 6-da “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş yaşı 65-dən yuxarı 176 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. pizza sifarişi

Daha sonra həmin şəxslər karantində saxlanılırdı. Belə ki, pandemiyanın respublikanın müxtəlif bölgələrində yayılmasının müşahidə olunması və əfv edilən şəxslərin yaşayış yerlərinin 40-a qədər rayonu əhatə etməsi nəzərə alınaraq, əfv olunan şəxslər doğmalarının yanına getməzdən əvvəl ailə üzvlərinin də sağlamlıq durumu araşdırılırdı. Bu məqsədlə azad olunan şəxslər iki həftəlik istirahət mərkəzlərinin birinə yerləşdirilmiş və hər cür şəraitlə, o cümlədən qida və tibbi təminatla təchiz olunmuşdular.

Qeyd edək ki, əfv edilən şəxslər arasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov da var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!