AKP-li deputat Numan Kurtulmuş mayın 14-də keçirilən prezident və parlament seçkilərinin nəticələrini dəyərləndirib. Siyasətçi bu barədə CNN türk televiziyasına danışıb.
Yenisabah.az xəbər verir ki, N.Kurtulmuş ötən bazar günü əldə etdikləri nəticədən məmnun qaldıqlarını bildirib. AKP funksioneri xüsusilə parlament seçkilərində əldə etdikləri uğurun onları məmnun etdiyini vurğulayıb:
“Rəqiblərimizlə aramızda təxminən, 10 faiz fərq var. Bu nəticədən razı qalmamaq mümkün deyil”. Dominos pizza
Millət vəkili prezident seçkilərindıən də danışıb. O, qalib gələcəklərinə əmin olduğunu deyib:
“İlk turda 50. səs alsaydıq yaxşı olardı. Amma 49.50 də pis nəticə deyil. İkinci turda 50.1 səs alacağımıza heç kimin şübhəsi olmasın. Müşahidələrimiz isə onu deməyə əsas verir ki, mayın 28-də rəqiblə aramızdakı səs fərqi daha böyük olacaq”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız