AKP sözçüsü erməni əsilli deputatın qondarma “soyqırımı” ilə bağlı addımını sabotaj adlandırdı

saytların hazırlanması

Evə çatdırılma

AKP sözçüsü erməni əsilli deputatın qondarma “soyqırımı” ilə bağlı addımını sabotaj adlandırdı

Siyasət

23 Aprel 2022 23:43 613


Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik Xalqların Demokratik Partiyasından (HDP) olan Türkiyə Böyük Millət Məclisinin deputatı Qaro Paylanın qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı parlamentə təqdim etdiyi qanun layihəsinə sərt reaksiya verib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ömer Çelik Tvitter hesabında paylaşım edib.

O, bunun Türk millətinə qarşı böhtan və əxlaqsız təklif olduğunu qeyd edib. Toyuqlu pizza

Ömer Çelik bildirib ki, bu təklif həm də Türkiyə ilə Ermənistan arasında başlayan və Azərbaycanın dəstəklədiyi normallaşma prosesini sabotaj etmək cəhdidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!