Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

saytların hazırlanması

Evə çatdırılma

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Şou

15 Aprel 2024 22:45 603


“Evli birinə vurulursan. Başa düşürsən ki, bu insanın ailəsi var. Amma yenə də onu sevirsən. Ürəyə deyə bilməzsən ki, sevmə, o ailəlidir. Ağıl da deyir ki, bu ona, onun ailəsinə qarşı düzgün deyil”.

Yenisabah.az xəbər verir ki, bunu Baku TV-də yayımlanan “Qapqara” verilişində sevgi ilə bağlı sualı cavablandırarkən aktyor Azər Baxşəliyev deyib.

“Ağıla daha çox inanırsansa, ürək uduza da bilər. Amma çox sevirsənsə, heç düşünmürsən. Deyirsən ki, sevirəm, evli də olsa, başqa ölkədə də yaşasa, axıra qədər gedəcəyəm”, - deyə o əlavə edib. pizza hut

Aktyor ağır xəstəlik keçirdiyi dövrdən danışarkən qeyd edib ki, yenidən böyrək nəqli əməliyyatı olunmalıdır:

“2020-ci ildə xəstəliyim ağırlaşdı. Böyrəklərimin hər ikisi sıradan çıxdı. Hamını anası bir dəfə dünyaya gətirir, məni ikinci dəfə dünyaya gətirdi. Donor oldu və böyrəyinin birini mənə verdi. Əməliyyatdan dörd il keçib, amma yenə də böyrək problemim var. Donor tapılsa, yaxın aylarda mənə yenidən böyrək köçürüləcək”.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!