Ermənistan Milli Məclisinin sədri Alen Simonyanın vəzifəsindən azad edilməsi məsələsi nə “Vətəndaş müqaviləsi” fraksiyasında, nə də partiyada müzakirə olunur.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə jurnalistlərlə keçirdiyi brifinqdə Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sarqis Xandanyan bildirib.
O deyib: “Belə bir sual nə “Vətəndaş müqaviləsi” partiyasında, nə də fraksiyada müzakirə olunmayıb.Milli Məclis 2021-ci ilin avqustunda öz funksiyalarını yerinə yetirməkdə davam edən sədrini seçdi və bizim fraksiyada başqa müzakirə növü yoxdur. Gündəlikdə belə bir məsələ mövcud deyil və hesab edirəm ki, buna ehtiyac var”. Toyuqlu pizza
Telegram kanalımız