Ali Məhkəmə Plenumunun iclası keçirildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Ali Məhkəmə Plenumunun iclası keçirildi - Fotolar

Siyasət

20 May 2023 15:16 1445


Mayın 19-da Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun növbəti iclası keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ali Məhkəmənin Mətbuat Xidmətindən məlumat verilib.

İclasda “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” qərar layihəsi və “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Plenumun 2021-ci il 19 noyabr tarixli 10 nömrəli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair arayış müzakirəyə çıxarılıb və müvafiq qərarlar qəbul olunub. Toyuqlu pizza

İclasda, eyni zamanda, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında qərar layihəsi müzakirə olunaraq müvafiq qərar qəbul edilib.

Sonra Plenumda Azərbaycan Respublikasının Ali Məhkəməsi yanında Elmi-məsləhət şurasının yeni tərkibi müəyyənləşdirilib.

Plenumda, həmçinin konkret işlərə baxılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!