Ali məktəb tələbələri üçün təqaüd artırıldı

saytların hazırlanması

Evə çatdırılma

Ali məktəb tələbələri üçün təqaüd artırıldı

Sosial

14 Fevral 2019 22:20 948


Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

"Yeni Sabah" xəbər verir ki, Fərmana əsasən, ölkəmizdə təhsil sahəsində ən yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək məqsədilə Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 210 (iki yüz on) manat müəyyən edilib.

Bu Fərman martın 1-dən qüvvəyə minir. Toyuqlu pizza

Xatırladaq ki, əvvəl Prezident təqaüdü 185 (yüz səksən beş) manat olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!