Alimlər koronavirusun orqanizmdə qalma müddətini müəyyən ediblər

saytların hazırlanması

Evə çatdırılma

Alimlər koronavirusun orqanizmdə qalma müddətini müəyyən ediblər

Sağlamlıq

26 Dekabr 2021 19:33 1678


ABŞ-ın Milli Sağlamlıq İnstitutunun alimləri SARS-CoV-2 virusunun bədəndə qalma müddətini müəyyən ediblər.

Yenisabah.az "RİA Novosti"yə istinadən xəbər verir ki, araşdırmaya görə, koronavirus bədənin əksər orqanlarına, xüsusən də ürək və beyinə daxil olaraq orada yeddi aydan çox qala bilir.

Alimlər 230 günə yaxın müddətdə müxtəlif anatomik bölgələrdə apardıqları müşahidələr nəticəsində bu qənaətə gəliblər. Müşahidələr zamanı SARS-CoV-2 orqanizmin demək olar ki, hər bir orqanında aşkar edilib. Hətta yüngül simptomları olmayan xəstələrdə də virus orqanizmdə geniş yayılır. Marqarita pizza

Bununla belə, elm adamları ağciyərlərdən kənarda heç bir ciddi iltihab aşkar etmədiklərini vurğulayıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!