Alimlərdən virusla bağlı daha bir xoş xəbər

saytların hazırlanması

Evə çatdırılma

Alimlərdən virusla bağlı daha bir xoş xəbər

Sağlamlıq

15 Sentyabr 2020 08:06 994


ABŞ-ın Pittsburq Universitetinin alimləri koronavirusu tamamilə zərərsizləşdirməyə qadir olan zülalı aşkarlayıblar.

"Report" xəbər verir ki, müvafiq tədqiqatın nəticəsi "Cell" jurnalında dərc edilib.

Qeyd edilir ki, söhbət COVID-19-a qarşı “Ab8” preparatının yaradılması üçün istifadə edilən antiteldən 10 dəfə kiçik olan zülali birləşmədən gedir. Dördpendirli pizza

Alimlər kiçik zülalın toxumalara yayılma qabiliyyətinin daha yüksək olduğunu və bunun virusun zərərsizləşdirilməsi üçün daha yaxşı olduğunu söyləyiblər.

Həmçinin bildirilir ki, onun molekulları insan hüceyrələrinə bağlanmır, bu da əlavə mənfi təsirləri minimallaşdırmağa imkan verir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!