Alimpaşa Məmmədovun məhkəməsi təxirə salındı

saytların hazırlanması

Evə çatdırılma

Alimpaşa Məmmədovun məhkəməsi təxirə salındı

Kriminal

22 Dekabr 2022 17:30 849


Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilməsi nəzərdə tutulan Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi təxirə salınıb.

YEnisabah.az Report-a istinadla xəbər verir ki, buna səbəb hakim Nural Əliyevin sədrliyi ilə keçirilməsi nəzərdə tutulan məhkəmə prosesi hakimlərin işlərinin çoxluğu olub.

Məhkəmənin növbəti iclasının dekabrın 29-da keçirilməsi nəzərdə tutulub. pizza mizza

Xatırladaq ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!