Alkoqollu içkilərin gömrük rüsumu ilə bağlı qərar

saytların hazırlanması

Evə çatdırılma

Alkoqollu içkilərin gömrük rüsumu ilə bağlı qərar

İqtisadiyyat

17 Fevral 2020 22:21 1073


Azərbaycan Respublikasının ərazisinə gətirilən tərkibində spirtin miqdarı 9 faizdən az olan tündləşdirilməmiş alkoqollu içkilər üçün aksiz dərəcəsi və idxal gömrük rüsumu müəyyənləşdirilib. "Yeni Sabah" xəbər verir ki, bu Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" qərarında və "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə etdiyi dəyişikliklərdə əksini tapıb. Beləliklə, tərkibində spirtin miqdarı 9 faizdən az olan tündləşdirilməmiş alkoqollu içkilərin hər litri üçün 1,9 manat aksiz dərəcəsi müəyyənləşib. Bu içkilərin hər litri üçün isə 2 ABŞ dolları idxal gömrük rüsumu tətbiq olunacaq. https://cdn.yenisabah.az/files/Screenshot_1_81581997525.png
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!