Almaniya kansleri tarix göstərdi: “İmtina edəcəyik“

saytların hazırlanması

Evə çatdırılma

Almaniya kansleri tarix göstərdi: “İmtina edəcəyik“

Dünya

02 May 2022 12:55 798


Avropa İttifaqı (Aİ) by yay Rusiyadan kömür idxalını dayandıracaq, ilin sonuna qədər isə Rusiya neftindən imtina edəcək.

Yenisabah.az “The Indian Express”ə istinadla xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz  bildirib.

“Aİ transatlantik tərəfdaşları ilə birlikdə Rusiyaya və ayrı-ayrı şəxslərə qarşı görünməmiş sanksiyalar qəbul edib. Bir çox ölkələr bu sanksiyalara qoşulublar. Üstəlik, biz indi Rusiyadan qalıq yanacaq idxalından asılılığı azaltmaq üçün çox iddialı siyasət həyata keçiririk. Bu yay Rusiya kömürünün tədarükünü dayandıracağıq, ilin sonuna qədər Rusiya neftindən imtina edəcəyik və qaz tədarükünü ciddi şəkildə azaldacağıq,” – deyə Şolz hind nəşrinə bildirib. Dominos pizza

Xatırladaq ki, ötən ayın əvvəlində Aİ ölkələri Rusiyaya qarşı 5-ci sanksiya paketini təsdiqləyiblər ki, bu da xüsusən fiziki şəxslərə və maliyyə qurumlarına məhdudiyyətlər nəzərdə tutur. Həmçinin bununla Rusiyadan kömür idxalına embarqo qoyulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!