Almaniyada 250 min insan fahişəliklə məşğuldur

saytların hazırlanması

Evə çatdırılma

Almaniyada 250 min insan fahişəliklə məşğuldur

Maraqlı

23 Noyabr 2023 10:30 872


Almaniyada fahişəliyə tamamilə qadağa qoyulması haqda çağırışlar artıb. Xəbərdarlıqlarda bildirilir ki, ölkədə fahişəliyə icazə verilməsi Almaniyanın turistlər üçün cəlbedici olmağa başlayan “Ümumavropa fahişəxanası”na çevrilməsi ilə nəticələnir. 

Modern.az xəbər verir ki,  “The Times” qəzeti belə xəbərdarlıqların getdikcə daha çox eşidildiyini yazır.

Almaniya müxalifətinin mühafizəkar Xristian-Demokrat İttifaqı bəyan edib ki, 2002-ci ildə seks sənayesinin leqallaşdırılması uğursuz addım sayıla bilər. pizza hut

Hesablamalara görə, hazırda Almaniyada 250 min insan fahişəliklə məşğuldur ki, onların da əksəriyyəti əcnəbilərdir. Onların heç bir sənədi yoxdur, insan alveri ilə məşğul olan dəstələrdən, dələduzlardan asılıdırlar. Xristian-Demokrat İttifaqı Almaniyada məhkəmələrin seksual xidmətlər alanları təqib etdiyini, fahişələrin isə mühakimə olunmadığını əsas gətirərək, Skandinaviya modelinin tətbiq olunmasını istəyir.

Almaniya müxalifətinin təqdim etdiyi qanun layihəsinə görə, bütün ölkədə fahişəxanalar bağlanacaq, fahişələrə mənzil kirayə vermək qadağan olunacaq.

Bütün bunlar, əlbəttə fahiişəliyin kökünü kəsməyəcək, lakin həcmi azaldacaq. Bir çox alman eksperti hesab edir ki, bütün bunlar faydalı olmayacaq və artıq qeyd olunan Skandinaviya metodunun effektivliyi hətta İsveçdə belə onun tətbiq olunduğu 25 il ərzində heç vaxt qiymətləndirilməmiş və öyrənilməmişdir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!