Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edildi -   Siyahı+Foto

saytların hazırlanması

Evə çatdırılma

Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edildi - Siyahı+Foto

Hadisə

14 Noyabr 2019 18:43 1728


Son iki gündə Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edilib.

"Yeni Sabah" xəbər verir ki, onlar Almaniyanın Şimali Reyn Vestfaliya əyalətinin Geseke şəhərində yaşayan Əfran və Ülviyyə Mütəllimovalar, Axen şəhərindən Toğrul Məmmədov, Hamm şəhərindən Azər Əliyev həyat yoldaşı və iki uşağı ilə, Bavariya əyalətindən isə İmran Davudov, Ülviyyə Davudova və onların övladları - 11 yaşlı Fatimə və 9 yaşlı Binnət Davudovalardır.

Azərbaycan vətəndaşları Bayroyt və Düsseldorf hava limanlarından transfer uçuşu vasitəsilə Azərbaycana deportasiya ediliblər. pizza mizza

Onlar sığınacaq istəklərinin geri çevrilməsi ilə bağlı Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) qərarından məhkəməyə dəfələrlə şikayət etsələr də, deportasiyadan xilas ola bilməyiblər. /report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!