Almaniyanın müdafiə naziri istefa verəcək

saytların hazırlanması

Evə çatdırılma

Almaniyanın müdafiə naziri istefa verəcək

Dünya

16 İyul 2019 13:50 1108


Almaniyanın müdafiə naziri Ursula fon der Leyen istefa verəcək.

“Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, bu onun Avropa Komissiyası prezidentliyinə namizəd olması ilə əlaqədardır.

Nazir “Twitter” hesabında səsvermənin nəticələrindən asılı olmayaraq istefa verəcəyini yazıb:

"Sabah Avropa Parlamentinin etimadını qazanmaq istəyirəm. Bütün enerjimi Avropaya xidmət etmək məqsədiylə nəticədən asılı olmayaraq çərşənbə günü Müdafiə Naziri vəzifəmdən imtina edəcəm”.

Xatırladaq ki, Avropa Komissiyası prezidentliyinə seçkilər iyulun 17-də keçiriləcək.

Elnarə İlham


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!