Malatyada cəmi bir il əvvəl tikilmiş bina zəlzələdə uçaraq çöküb.
Yenisabah.az xəbər verir ki, 28 yanvar tarixli elanda 2 milyon 850 min TL-yə satışa çıxarılan mənzil zəlzələ zamanı çöküb. Sözügedən elanda binanın zəlzələyə davamlı olduğu bildirilir.
Zəlzələdə uçan binanın elan təsvirində "Bina ən son qaydalara uyğundur, zəlzələyə davamlıdır. Tikinti zamanı 35/40 dərəcəli betondan istifadə olunub, bütün materiallar 1-ci dərəcəli keyfiyyətlə və işlənib hazırlanıb" – deyə qeyd olunub. Pepperoni pizza
Mütəxəssislər bölgədə zəlzələlərin davam etdiyi bir vaxtda evlərə girməmək barədə xəbərdarlıq edir.
Telegram kanalımız