Altı nəfər dönərdən zəhərləndi -   SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

Altı nəfər dönərdən zəhərləndi - SİYAHI

Hadisə

10 Noyabr 2025 10:48 315


Şəmkir şəhərində 6 nəfər dönərdən zəhərlənib.

“Yeni Sabah”ın xəbərinə görə, hadisə ötən gün şəhərin ərazisində yerləşən “Mersin” dönərxanasında baş verib.

Belə ki, şəhər sakinləri 1994-cü il təvəllüdlü Nəsib Eldəniz oğlu Zeynalov, oğlu 2020-ci il təvəllüdlü Emin, qızı 2023-cü il təvəllüdlü Nazlı, Dəllər Cəyir qəsəbə sakini 1991-ci il təvəllüdlü Dürdanə Elçin qızı Kazımova, qızı 2014-cü il təvəllüdlü Damla və oğlu 2015-ci il təvəllüdlü Toğrulla birgə dönərdən zəhərlənmə ilə xəstəxanaya gətirilib. Marqarita pizza

Onlar ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!