Ambulans qəzasında ölən şəxs polis əməkdaşı imiş - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Ambulans qəzasında ölən şəxs polis əməkdaşı imiş - FOTO

Hadisə

01 Avqust 2025 11:10 410


Bu gün səhər saatlarında Hacıqabulda baş vermiş ağır qəzada həyatını itirən şəxs polis əməkdaşı imiş.

Yenisabah.az qafqazinfo.az-a istinadla xəbər verir ki, Bakı-Qazax magistralında yük avtomobili ilə toqquşan və daha sonra metal arakəsməyə çırpılan "Mercedes" markalı təcili tibbi yardım maşınında ölən şəxs polis baş serjantı Rəsul Qurbanlı olub.

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı olan R. Qurbanlı operativ nəqliyyat vasitəsi ilə Füzulidən Bakıya, xüsusi təyinatlı tibb müəssisəsinə gətirilən xəstəni müşayiət edirmiş. Dominos pizza

Faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!