Fevralın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) 2018-ci ilin yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib.
“Yeni Sabah” xəbər verir ki, tədbirdə hesabat məruzəsi ilə çıxış edən GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov bildirib ki, təşkilat tərəfindən akademiya rəhbərliyinin müəyyən etdiyi strategiyaya və şuranın illik fəaliyyət planına uyğun olaraq işlər davam etdirilib, bir sıra yeni layihələr həyata keçirilib.
F.Salmanov elmi müəssisələrin illik mühüm elmi nəticələrinin sırasında gənclərin nailiyyətlərinin olmasını diqqət çəkən başlıca məqamlardan biri kimi dəyərləndirib: "Molekulyar biologiya, kimya, fizika-texnika, yer elmləri və başqa sahələrdə beynəlxalq səviyyəli müştərək tədqiqatlara qoşularaq mühüm nəticələrə imza atan və həmin nəticələri "Web of sciences" elmi bazalarında referatlaşdırılmış impakt faktoru yüksək olan jurnallarda dərc etdirən gənc alim və mütəxəssislərimizin sıraları genişlənməkdədir". Sezar pizza
Şura sədri qeyd edib ki, hesabat ilində tələbələrin innovasiya fəaliyyətinin genişləndirilməsi və multidissiplinar innovativ layihələrin hazırlanması üçün ali təhsil müəssisələri ilə əməkdaşlığa da önəm verilib: "Bu baxımdan cari ildə Azərbaycan Texniki Universitetində "Elmin sürət qatarı" layihəsinin təqdimatı olub. İnformasiya və biotibbi texnologiyaların yeniliklərindən yararlanaraq əldə etdikləri ixtiralar haqqında məlumat verən tələbələr bu ixtiralarını startap layihələr kimi sənayeyə, istehsalata tətbiq etmək niyyətində olduqlarını bildiriblər".
Onun sözlərinə görə, gənclərin fəaliyyətinin stimullaşdırılmasının həlledici vasitəsi olan müsabiqələr artıq ənənə halını almaqla, öz əhatə dairəsini də genişləndirməkdədir. Bunun nəticəsi olaraq 2018-ci ildə institutlarda "İlin gənc alimi", "İlin tədqiqat layihəsi", "Ən yaxşı elmi məruzə" və digər müsabiqələr keçirilib.
Hesabat dinlənildikdən sonra müzakirələr aparılıb, suallar cavablandırılıb.
Telegram kanalımız