“Amerikalılar rus generallarını öldürməyə kömək edir“ - Rəsmilərdən etiraf

saytların hazırlanması

Evə çatdırılma

“Amerikalılar rus generallarını öldürməyə kömək edir“ - Rəsmilərdən etiraf

Dünya

05 May 2022 11:12 271


Birləşmiş Ştatlar rus hərbi bölmələri haqqında kəşfiyyat məlumatını təqdim edərək ukraynalılara müharibədə bir çox rus generalını hədəfə almağa və öldürməyə imkan yaradıblar.

Yenisabah.az “New York Times”a istinadla xəbər verir ki, bunu ABŞ nəşrinə yüksək rütbəli rəsmiləri etiraf ediblər.

Ukrayna rəsmiləri cəbhə xəttində indiyədək təxminən 12 generalı öldürdüklərini bildiriblər ki, bu da hərbi analitikləri heyrətə salıb. Məqsədli yardım Bayden administrasiyasının Ukraynaya real vaxt rejimində döyüş sahəsinə dair kəşfiyyat məlumatının təqdim etməklə  həyata keçirilib. pizza mizza

Rəsmilər bildiriblər ki, bu kəşfiyyat məlumatlarına, həmçinin, Ukraynanın şərqindəki Donbas bölgəsində Rusiya qoşunlarının hərəkətləri, Moskvanın gizli döyüş planına dair Pentaqonun son qiymətləndirmələrini də əhatə edir.

Birləşmiş Ştatlar səlahiyyətliləri ABŞ-ın yardımı nəticəsində konkret neçə generalın öldürüldüyünü dəqiqləşdirməkdən imtina ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!