Amorim yenə ağıllanmır

saytların hazırlanması

Evə çatdırılma

Amorim yenə ağıllanmır

İdman

17 Aprel 2025 14:35 312


“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim Avroliqanın cavab oyunları çərçivəsində “Lyon”la baş tutacaq matçda qapını Andre Onanaya əmanət edəcək. Portuqaliyalı mütəxəssisin bu qərarı komanda azarkeşlərinin şiddətli etirazına səbəb olub.

Yenisabah.az xəbər verir ki, “qırmızı şeytanlar”a azarkeşlik edən minlərlə sosial media istifadəçisi Onananın “Nyukasl”la baş tutan Premiyer Liqa oyununda öz səhvləri ucbatından qapısından 4 qol keçirməsini əsas gətirərək, “bu çolağa əlcək verməyin”, “Onanadansa qapıda heç kim olmasın” kimi tənqlidlər yazıb. İlk görüşdə səfərdə 1-1 heç-heçədən sonra meydan sahibi üstünlüyünü saxlayan “mankuniyanlar” işini şansa saxlamaq istəmir.

Qeyd edək ki, “Mançester Yunayted”in növbəti mövsüm Çempionlar Liqasında iştirak etməsi üçün Avroliqa kubokunu qazanması mütləqdir. “Qırmızı şeytanlar” turnirin aşkar favoriti hesab olunur. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!