Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ana və övladını avtomobil vuraraq öldürüb.
Yenisabah.az xəbər verir ki, hadisə avqustun 2-də saat 23:00 radələrində yolun 21-ci kilometrliyində qeydə alınıb.
Qobustan rayon sakini Nuran Nuriyevin idarə etdiyi “VAZ-21074” markalı maşın yerüstü piyada keçidinin altından yolu keçməyə cəhd edən 1993-cü il təvəllüdlü Ülviyyə Əliyeva və onun 2023-cü il təvəllüdlü azyaşlı oğlunu vurub. Marqarita pizza
Hadisə nəticəsində ana və övladı aldıqları xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər.
Telegram kanalımız