Ana və üç azyaşlı övladı naməlum şəraitdə itkin düşdü - Foto

saytların hazırlanması

Evə çatdırılma

Ana və üç azyaşlı övladı naməlum şəraitdə itkin düşdü - Foto

Hadisə

13 Mart 2022 14:37 514


Şəmkir rayonunda ana və azyaşlı övladları axtarılır.

Yenisabah.az xəbər verir ki, rayonun 20 Yanvar küçəsində yaşayan 27 yaşlı Səriyyə Məmmədova onun 7, 6 yaşlı oğlu və 4 yaşında qızı martın 9-u səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə APA-nın yerli bürosuna Səriyyə Məmmədovanın qonşusu Sabir Qarayev məlumat verib. Pepperoni pizza

Onun sözlərinə görə, martın 9-da qonşu kimi onlara baş çəkməyə gedib:

“Evin qapısının açıq olduğunu gördüm. Evə daxil olanda gördüm ki, qaz, işıq yanlı vəziyyətdədir. Bizdə narahatıq ki, bəlkə başlarına iş gəlib. 4 gündür bir xəbər yoxdur. Bilmirik haradadırlar? Bəlkə başlarına iş gəlib və ya hədə qorxu gəlib aparıblar. Onlar evdən gedəndə heç nə götürməyiblər. Sənədləri də evdədir. Polisə də məlumat vermişik."

Sabir Qarayevin sözlərinə görə, Səriyə Məmmədova həyat yoldaşından ayrılıb. Qadının həyat yoldaşı ruhi xəstəxanada yatır. Məlumata görə, ordan qaçıb. Hadisə ilə bağlı polisə məlumat verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru Eşqin Qasımov APA-nın sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı Şəmkir rayon Polis Şöbəsinə mart ayının 12-si rəsmi məlumat daxil olub:

“Hazırda itki düşən şəxslərin yerinin müəyyən edilərək ailəsinə təhvil verilməsi istiqamətində müvafiq əməliyyat-axtarış tədbirləri davam etdirilir. Tez bir zamanda həmin şəxslər tapıldıqda ictimaiyyətə əlavə məlumat veriləcək”.Şəmkirdə ana və 3 azyaşlı övladı naməlum şəraitdə itkin düşüb - FOTO


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!