Analitik: Paşinyan iqtidarı günbəgün zəifləyir

saytların hazırlanması

Evə çatdırılma

Analitik: Paşinyan iqtidarı günbəgün zəifləyir

Rəsmi

22 Sentyabr 2023 16:28 515


Nikol Paşinyanın hakimiyyəti Qarabağdakı böhrana görə dəqiqə-dəqiqə zəifləyir.

Yenisabah.az CNBC-yə istinadla xəbər verir ki, bunu "Eurasia Group" siyasi risk konsultinq şirkətinin analitiki Tinatin Caparidze bildirib.

O əlavə edib: “Son bir neçə ildə gah burada, gah orada toqquşmalar olub. Amma axır bir neçə gündə sülh danışıqları aparılmazsa, müharibəyə qayıtma potensialının labüd olduğuna dair siqnal verildi”. pizza mizza

Caparidzenin fikrincə, onilliklər boyu Ermənistan təhlükəsizlik qarantı kimi Rusiyaya arxalanıb. Lakin hazırkı hakimiyyət Kremldə ölkəni dəstəkləmək iradəsi görmədiyindən getdikcə məyus olur.

ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu (ISW) hesab edir ki, Kremlin diqqəti Ukraynada genişmiqyaslı müharibəyə yönəldiyindən rəsmi İrəvan Moskvadan narazılığını getdikcə daha çox ifadə edir, Rusiyanın Ermənistanın təhlükəsizliyinin təminatçısı kimi rolu azalır.

"Eurasia Group"un nümayəndəsi Caparidze bildirib ki, Azərbaycan və Qarabağın saxta qurumu arasında sülh danışıqlarının nəticəsi bundan sonra nə baş verəcəyini müəyyən edəcək.

Analitik deyib ki, Azərbaycana qarşı sanksiyalar perspektivi “çox çətin” hesab edilməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!