Anam etsəydi, Prezidentə müraciət etməzdim - Aparıcıdan Aysuna qınaq

saytların hazırlanması

Evə çatdırılma

Anam etsəydi, Prezidentə müraciət etməzdim - Aparıcıdan Aysuna qınaq

Şou

20 Avqust 2025 12:28 18611


Səidə Bəkirqızı müğənni Aysun ismayılovanın həbsdə olan anasına görə etdiyi müraciətə fikir bildirib.

Yenisabah.az xəbər verir ki, aparıcı onun Prezidentə müraciətini tənid edib.

Səidə Bəkirqızı bildirib ki, 520.000 dolları məbləğində dələduzluq etmiş ana üçün müraciət etmək olmaz: Pepperoni pizza

“Rəqsanə İsmayılovanın Azərbaycan incəsənəti üçün misilsiz xidmətləri yoxdur. O, sadəcə müğənnidir. Amma kim olursa-olsun, Azərbaycan qadınının həbsdə olması, 4 övladının anasız qalması, əlbəttə, ağrılıdır. Lakin bir insan müğənnidirsə və övladları varsa, bu, onun dələduzluq edə biləcəyi anlamına gəlmir.

Aysunu yaxşı başa düşürəm və onun ağıllı qız olduğunu bilirəm. Ancaq bilməlidir ki, Prezidentə nəyə görə müraciət etmək lazımdır. Prezidentə, kiməsə qarşı 520 min dollar məbləğində dələduzluq etmiş ana üçün müraciət etmək olmaz. Anam belə etsəydi, müraciət etməzdim. Əgər günahsız yerə tutulubsa, başqa məsələ. Amma mütəmadi olaraq dələduzluqda adı hallanan bir ana üçün belə müraciət edilməməlidir”.

Aydan Hacı 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!