ANAMA əməkdaşı Ağdamda minaya düşdü

saytların hazırlanması

Evə çatdırılma

ANAMA əməkdaşı Ağdamda minaya düşdü

Maraqlı

05 Dekabr 2023 13:20 692


Dekabrın 5-də işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı - 1992-ci il təvəllüdlü Əkbərov Vaqif Sabir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Yenisabah.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Məlumata görə, xəsarət alan şəxs hadisə yerindən təxliyə edilərək xəstəxanaya çatdırılıb. Onun sağ ayağı dizdən aşağı nahiyədən amputasiya edilib. pizza sifarişi

Vəziyyəti qənaətbəxşdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!