ANAMA mina təhlükəsi ilə bağlı yenidən vətəndaşlara çağırış etdi

saytların hazırlanması

Evə çatdırılma

ANAMA mina təhlükəsi ilə bağlı yenidən vətəndaşlara çağırış etdi

Maraqlı

06 Oktyabr 2023 19:17 356


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) mina təhlükəsi ilə bağlı yenidən vətəndaşlara çağırış edib.

Qurumun Mətbuat Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, çağırışda bildirilir ki, 2023-cü il 6 oktyabr tarixində Tərtər rayonunun Çaylı kəndi yaxınlığında minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.

İlkin məlumata əsasən, OZM tipli qəlpələnən piyada əleyhinə minanın partlayışı nəticəsində rayonun Həsənqaya kənd sakini 1989-cu il təvəllüdlü Yaquar Əliheydər oğlu Hadıyev həlak olub. Pepperoni pizza

Cari ilin 9 mart tarixində Yaquar Hadıyev həmin ərazidə baş verən piyada əleyhinə minanın partlayışı nəticəsində zərərçəkmiş, sol ayağı topuqdan aşağı amputasiya edilmişdir.

"Unutmayın, işğaldan azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursat təhlükəsi hələ də davam etməkdədir", - məlumatda deyilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!